Şalva Papuaşvili - Bilmirəm, tariximizdə ilk dəfə "kimsə öz kürsüsündən möhkəm yapışıb" ifadəsinin reallaşmış formasını görəcəyik, ya yox? lakin Zurabişvilinin saraydan çıxması məsələsi gülməli mövzuya çevrilib
Bilmirəm, tariximizdə ilk dəfə “kimsə öz kürsüsündən möhkəm yapışıb” ifadəsinin birbaşa reallaşmış formasını görəcəyik, ya yox? lakin Zurabişvilinin saraydan çıxması məsələsi gülməli mövzuya çevrilib – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə əsasən, hamı başa düşür ki, radikallar və ekstremistlər gürcü cəmiyyətinin və dövlətinin qarşısında dayana bilməzlər.
“Zurabişvilinin saraydan çıxmasına gəlincə, artıq gülməli mövzuya çevrilib. Bilmirəm, cəmiyyət olaraq tariximizdə ilk dəfə “kimsə öz kürsüsündən möhkəm yapışıb” ifadəsinin reallaşmış formasını görmək fürsətimiz olacaq, ya yox? Əgər doğrudan da bunu hərfi mənada görsək ki, Salome xanım əlləri ilə kürsüsünü möhkəm tutacaq, gürcü cəmiyyətinin lağ etməsindən başqa heç nə ilə nəticələnməyəcək. Lakin, mən zənn etmirəm ki, nə xanım Salome, nə də onun məsləhətçisi olanlar belə bir addıma baş vursunlar. Hamı başa düşür ki, radikallar və ekstremistlər gürcü cəmiyyətinin və dövlətinin qarşısında dayana bilməzlər” – Şalva Papuaşvili bildirib.