Şalva Papuaşvili – Bilməliyik ki, bəzən bizə dəyərdən danışanda dəyəri yox, qiyməti nəzərdə tuturlar
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Fransa Prezidenti Emmanuel Makron tərəfindən Ukrayna ilə bağlı verilmiş bəyanata münasibət bildirir.
Papuaşvili bildirib ki, bəzən dəyərdən danışanda dəyəri yox, qiyməti nəzərdə tuturlar.
“Bu pankartda, yuxarıda, Fransa Prezidenti Emmanuel Makronun Ukrayna-Rusiya müharibəsindən çıxış yolunu Ukraynanın öz ərazilərini güzəştə getməsində gördüyü bugünkü bəyanatı var. Aşağıda isə Fransa səfirinin üç ildir Gürcüstanı Ukrayna-Rusiya qarşıdurmasına sürükləməyə çalışan xaricdən maliyyələşən Gürcüstan vətəndaşları ilə poza verdiyi vida gecəsi var. Bilməliyik ki, bəzən bizə dəyərdən danışanda dəyəri yox, qiyməti nəzərdə tuturlar” – Papuaşvili yazır.