Şalva Papuaşvili - Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, 2024-2029-cu illərdə Gürcüstan Avropa ölkələri arasında ən yüksək iqtisadi artıma malik olacaq
Şalva Papuaşvili - Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, 2024-2029-cu illərdə Gürcüstan Avropa ölkələri arasında ən yüksək iqtisadi artıma malik olacaq

 

Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, 2024-2029-cu illərdə Gürcüstan Avropa ölkələri arasında ən yüksək iqtisadi artıma malik olacaq – bu haqda parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.

O, “Gürcü Arzusu”nun idarəçiliyi dövründə iqtisadiyyatın üç dəfə artdığını bildirib.

“Gürcü Arzusu”nun hakimiyyəti şəraitində iqtisadiyyat üç dəfə, 27,9 milyard laridən 90 milyard lariyə qədər artıb, 2028-ci ildə isə 130 milyard lari olacaq. Yadda saxlamalıyıq ki, müxalifətin, qeyri-hökumət təşkilatlarının və bəzi əcnəbilərin təkidlə irəli sürdükləri tələblərinə əməl edib sanksiyalar tətbiq etsəydik, iqtisadi artımla Avropada birinci yerdə olmaq bir kənara, Beynəlxalq Valyuta Fondunun hesabatında indi bizim dərin iqtisadi böhranımıza nəsə kömək edə bilərdimi təsvir olunacaqdı”- Papuaşvili sosial şəbəkədə yazır.