Şalva Papuaşvili Belçika Krallığının ikipalatalı parlamentinin sədrləri ilə birgə görüş keçirib
Şalva Papuaşvili Belçika Krallığının ikipalatalı parlamentinin sədrləri ilə birgə görüş keçirib

 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Belçika Krallığının Nümayəndələr Palatasının prezidenti Piter De Ruver və Senatın prezidenti Vinsent Blondel ilə görüşüb. Tərəflər Gürcüstan və Belçika Krallığı arasında ümumi Avropa dəyərlərinə əsaslanan dostluq əlaqələri haqda danışıblar.

Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər regional təhlükəsizlik məsələləri və Gürcüstanın Avropa və Avroatlantik məkana inteqrasiyası haqda danışıblar.

Şalva Papuaşvili bildirib ki, Assosiasiya Sazişi ilə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi və Gürcüstanın Avropa İttifaqı ilə daha da yaxınlaşması davam edəcək, bu məsələdə Belçikanın təcrübəsini bölüşməyin vacibliyinə diqqət çəkib.

Həmçinin, Şalva Papuaşvili belçikalı həmkarlarına Gürcüstanda inkişaf edən hadisələr, seçkilərdən sonrakı siyasi mühit və parlamentin gündəliyində duran məsələlər haqda məlumat verib. Belçika tərəfi Gürcüstanın ərazi bütövlüyü və avropalı gələcəyinə dəstəyi təsdiqləyib.

Görüş Özbəkistan Respublikasının paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində keçirilib.
Gürcüstan Parlamentinin sədrinin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin tərkibinə daxildir: Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Ətraf Mühitin Mühafizəsi və Təbii Resurslar Komitəsinin sədri Maia Bitadze.