Şalva Papuaşvili Belarus Respublikasının parlament nümayəndə heyəti ilə görüşüb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Belarus Respublikası Parlamenti – Milli Məclisin Nümayəndələr Palatasında fəaliyyət göstərən Gürcüstanla Dostluq Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Parlamentin mətbuat xidmətinin məlumatında, görüşdə Gürcüstan ilə Belarus arasında uzunmüddətli dostluq münasibətlərinin vurğulandığı deyilir.
“Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən ticarət və iqtisadiyyat, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrini müzakirə ediblər.
Belarus tərəfi qeyd edib ki, oktyabrın 3-də Belarusda hər dəfə on minlərlə qonağı qəbul edən “Minskdə Tbilisoba” gürcü mədəniyyəti festivalı keçirilir.
Görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. Parlamentlərarası dostluq qrupları və sahəvi komitələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə hazırlıq ifadə edilib” – parlamentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Gürcüstanla Dostluq Qrupunun nümayəndə heyəti Tbilisidə keçirilməsi planlaşdırılan və Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyinə həsr olunmuş konfransda iştirak edəcək.
Görüşdə, həmçinin, Gürcüstan Parlamentində Belarus Respublikası Parlamenti ilə Dostluq Qrupunun rəhbəri İrakli Kadaqişvili iştirak edib.