Şalva Papuaşvili – “Batumi prosesi” həqiqətən də gürcü “Nürnberq prosesinə” çevrildi, bütün cəmiyyət öz gözləri ilə vətəni qarşısında cinayətkarların ümidsiz şəkildə özünə bəraət qazandırmasını görür
“Batumi prosesi” həqiqətən də gürcü “Nürnberq prosesinə” çevrildi, bütün cəmiyyət öz gözləri ilə vətəni qarşısında cinayətkarların ümidsiz şəkildə özünə bəraət qazandırmasını görür – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Parlamentin sədri Konstitusiya Məhkəməsində gedən prosesə və “Lelo” partiyasının nümayəndələrinin bəyanatlarına münasibət bildirir və qeyd edir ki, 2022-ci ildə hakimiyyətdə “Gürcü Arzusu”nun əvəzinə “yad qüvvələrin xidmətində olan bu qrup olsaydı”, Gürcüstanda mütləq müharibə olardı.
“Bir videoda verilmiş və hər şeydən xəbər verən hökm. Seçki proqramında yazılanları “nə vaxt demişik?” deyə deməkdən başqa dələduzların partiyasından nə gözləyək axı?
Buradaca ən yaxın tariximizdən bir epizodu xatırlamaq istəyirəm. 2022-ci il, Ukraynada müharibənin başlamasından cəmi bir neçə gün keçib. Parlamentin qarşısında radikal müxalifət mitinqlər keçirir və Ukraynaya döyüşçülərin göndərilməsini, Rusiyaya sanksiyaların tətbiq edilməsini tələb edir. Bu, məhz Nino Lomcarianın sanksiyaların tətbiq edilməməsindən yaranan utanc hissi ilə yanmaqdansa, bombaların alovunda yanmağı üstün tutduğu həmin mitinqlərdir. “Lelo”nun o zamankı parlament tərkibi mənimlə görüş istədi. İndi də yadımdadır, masanın o biri tərəfində əyləşmiş və Rustaveli prospektindən gələn şüarlara işarə edərək məni tələbləri nəzərə almağa – Ukraynada döyüşmək üçün könüllülər göndərməyə və Rusiyaya sanksiyalar tətbiq etməyə çağıran “Lelo”nun parlamentarilərinə necə baxırdım. Ölkənin müharibəyə cəlb olunmasını tələb edən yetkin Gürcüstan vətəndaşlarına baxırdım. Onların bu tələbi həmin günlərdə müxtəlif xarici emissarların israrlı məsləhət və tələbləri ilə nədənsə şübhəli şəkildə üst-üstə düşürdü.
Prezident Tramp tez-tez təkrarlayır ki, 2022-ci ildə prezident olsaydı, Ukraynada müharibə olmazdı. Bizim təcrübəmiz də müəyyən mənada bu sözləri təsdiqləyir. 2022-ci ildə hakimiyyətdə “Gürcü Arzusu”nun əvəzinə yad qüvvələrin xidmətində olan bu qrup olsaydı, Gürcüstanda mütləq müharibə olardı.
“Batumi prosesi” həqiqətən də gürcü “Nürnberq prosesinə” çevrildi, bütün cəmiyyət öz gözləri ilə vətəni qarşısında cinayətkarların ümidsiz şəkildə özünə bəraət qazandırmasını görür. Bu kadrlar hər kəsin yadın marionetinə və faydalı axmağa çevrilməyin nə demək olduğunu dərk etməsi üçün dərs kimi yadda qalmalıdır” – Papuaşvili yazır.