Şalva Papuaşvili - Azərbaycanı və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm, bu bizim üçün də xüsusi gündür, çünki Gürcüstan və Azərbaycan müstəqilliyi birlikdə elan ediblər
Şalva Papuaşvili - Azərbaycanı və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm, bu bizim üçün də xüsusi gündür, çünki Gürcüstan və Azərbaycan müstəqilliyi birlikdə elan ediblər

 

Azərbaycanı və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm, bu bizim üçün də xüsusi gündür, çünki Gürcüstan və Azərbaycan müstəqilliyi birlikdə elan ediblər – bu barədə parlamentin sədri Şalva Papuaşvili deyib.

O bildirib ki, Gürcüstan və Azərbaycan o dövrdə təkcə müstəqilliklərini elan etdiklərinə görə deyil, həm də bunun hansı formada baş verməsinə görə mütərəqqi dövlətlər idi.

“Azərbaycanı və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu, bizim üçün də xüsusi əhəmiyyət daşıyan bir gündür, çünki Gürcüstan və Azərbaycan müstəqilliyi birlikdə elan etdik. Həmin məqamda həm Azərbaycan, həm də Gürcüstan təkcə müstəqilliklərini elan etdiklərinə görə deyil, həm də bunun hansı formada baş verməsinə görə mütərəqqi dövlətlər idi. Azərbaycan demokratik quruluşa malik ilk müsəlman ölkəsi, Gürcüstan həmin dövrdə mütərəqqi sosial-demokratların hakimiyyətə gəldiyi ilk ölkə oldu.
Əcdadlarımız həmin məqamda nəinki müstəqilliyə hazır idilər, onlar həm də elə dövlətlər qurdular ki, təxminən 100 il sonra ikinci respublikalar yarandı və bugünkü müstəqilliyimiz bu irsə əsaslanır.

Mən həmkarımı, Azərbaycanın Milli Məclisinin sədrini Müstəqillik Günü münasibətilə xüsusilə təbrik etmək istəyirəm. Onun Gürcüstana sonuncu səfəri zamanı əməkdaşlıq memorandumu imzaladıq və bununla parlamentlər arasında onsuz da çox sıx əlaqələri memorandum çərçivəsinə saldıq. Məhz bu əməkdaşlığın intensivliyi yazılıb və mən sevinirəm ki, parlamentlərimiz arasında xüsusi dostluq və əməkdaşlıq mövcuddur” – Papuaşvili bildirib.

28 May Azərbaycanın Müstəqillik Günüdür. Milli bayramı qeyd etmək üçün Azərbaycanın Gürcüstandakı səfirliyi dəvət olunmuş qonaqlarla birlikdə Gürcüstan hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbul keçirdi. Şalva Papuaşvili qəbulun iştirakçıları qarşısında çıxış etdi.