Şalva Papuaşvili Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb
Şalva Papuaşvili Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb

 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikası Parlamentinin – Milli Məclisin nümayəndə heyəti ilə görüşüb.

Tərəflər Gürcüstan və Azərbaycan arasında intensiv münasibətləri müsbət qiymətləndiriblər.

Şalva Papuaşvili dünən BMT-nin Baş Assambleyasında Gürcüstanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin və qaçqınların statusu haqda qətnaməni dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Görüşdə həm qanunverici orqanların sədrləri, həm də komitələr və dostluq qrupları arasında səmərəli parlament əməkdaşlığı qeyd edilib. Həmçinin, ikitərəfli səfərlərin müsbət dinamikası vurğulanıb.

Gənclər arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə və bu istiqamətdə planlaşdırılan tədbirlərə diqqət yetirilib. Bu baxımdan Təhsil Komitələrinin mühüm rolu qeyd edilib.

Həmçinin, görüşdə Azərbaycan Respublikası ilə Parlament Dostluq Qrupunun sədri, Təhsil, Elm və Gənclik İşləri Komitəsinin sədri Qivi Mikanadze və İdman Komitəsinin sədri Viktor Sanikidze iştirak ediblər.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.