Şalva Papuaşvili Avstriyanın səfiri ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avstriya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Tomas Mülman ilə tanışlıq görüşü keçirib.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Avstriya səfiri Şalva Papuaşvilini parlamentin sədri seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Tərəflər iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərini müzakirə ediblər. Görüşdə Gürcüstan və Avstriyanın əməkdaşlığın dərinləşdirilməsi üçün xüsusi potensiala malik olduğu sahələr müzakirə olunub. Onlar parlamentin gündəmini müzakirə ediblər və parlament əlaqələrinin aktivləşdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər Gürcüstan parlamentinin planlarını, ölkədə baş verən cari hadisələri və regiondakı çətin təhlükəsizlik mühitini müzakirə ediblər.
Parlamentin sədri müxtəlif beynəlxalq formatlarda Gürcüstanın suverenliyinə verdiyi güclü dəstəyə görə Avstriyaya təşəkkür edib.