Şalva Papuaşvili - Avropayönümlü ksenofobiyanın yeni dalğasının məqsədi nifrət oyatmaq, zorakılığı təşviq etməkdir, Avropa İttifaqının səfirliyi maliyyələşdirdiyi insanların ksenofobiyasını nə pisləyəcək, nə də ondan uzaqlaşacaq
Avropayönümlü ksenofobiyanın yeni dalğasının məqsədi nifrət oyatmaq, zorakılığı təşviq etməkdir. Əlbətdə, Avropa İttifaqının səfirliyi maliyyələşdirdiyi insanların ksenofobiyasını nə pisləyəcək, nə də ondan uzaqlaşacaq – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili yazır.
Şalva Papuaşvili sosial şəbəkədə Baia Pataraianın paylaşımına münasibət bildirir.
“Əlbəttə, bu, ksenofobiyadır və əlbətdə, bu, Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən və təşviq edilən ksenofobiyadır.
Heç bir “Rusiya müharibə aparır” ksenofobiyaya haqq qazandırmır. Bir çox ölkə müharibə aparıb və bir çoxu bu gün də aparır, insanlar ölürlər, lakin bu heç kimə millətləri ayıraraq onları nifrət obyektinə çevirmək hüququ vermir.
Bu, ən azı, bizim gürcü dünyagörüşümüzdür. Ümumavropa da, bir qayda olaraq, heç olmasa son 80 ildə bu olmalıdır. Əks halda, başımızdan keçən müharibələri, çəkdiyimiz əzab-əziyyəti nəzərə alsaq, biz nifrət və kinlə dolu bir millət olmalıydıq. Belə bir millət isə min illərə dözə bilməzdi.
Məhz buna görə də bu “QHT”lər gürcü cəmiyyətindən uzaq düşüblər. Buna görə də, bu gün küçələrdə yaydıqları nifrət, qəzəb, qarşıdurma və düşmənçilik bizim cəmiyyət üçün belə yad və qəbuledilməzdir.
Ksenofobiyanın məqsədi nifrət oyatmaq və zorakılığı təşviq etməkdir. 2022-ci ildə eyni “QHT”lərin ksenofobik kampaniyası hamımızın yadındadır. Onda iş o yerə çatmışdı ki, Cavcavadze prospektində slavyan görünüşlü qadına birisi daş atdı, sonradan onun illərdir Gürcüstanda yaşadığı üzə çıxdı.
Əlbətdə, bu Avropayönümlü ksenofobiyanın yeni dalğasının məqsədi də nifrət oyatmaq və zorakılığı təşviq etməkdir. Və əlbətdə, Avropa İttifaqının səfirliyi maliyyələşdirdiyi insanların ksenofobiyasını nə pisləyəcək, nə də ondan uzaqlaşacaq, Brüsselin mətbuat katibi isə deyəcək ki, milli mənsubiyyətinə görə kimisə “donuz” deyə çağırmaqdan ksenofobiya olaraq bəhs etmək dezinformasiyadır. Onlara nə əngəl olacaq?” – Şalva Papuaşvili yazır.