Şalva Papuaşvili Avropa Şurası Parlament Assambleyasının prezidenti ilə görüşüb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos ilə görüşüb.
Şalva Papuaşvili Gürcüstanda mövcud vəziyyət barədə danışıb və yerli seçkilərə hazırlıq prosesini nəzərdən keçirib. Həmçinin, tərəflər Gürcüstan Parlamentinin hazırda Assambleyada nümayəndə heyətinin olmaması faktını müzakirə ediblər. Bu baxımdan Şalva Papuaşvili AŞPA tərəfindən yanvarda qəbul edilən və parlament üzvlərini nümayəndə heyətini tərk etməyə sövq edən qətnaməyə diqqət çəkib.
Şalva Papuaşvili Gürcüstanın Avropa Şurasının əsas prinsip və dəyərlərinə sadiq qaldığını bildirib.
Şalva Papuaşvili qeyd edib ki, xalqın seçiminə hörmət etmək demokratiyanın təməl daşıdır və bu prinsipə hörmətsizlik qəbuledilməzdir. Tərəflər konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Görüş Avropa İttifaqı ölkələrinin və tərəfdaş parlamentlərin sədrlərinin konfransının keçirildiyi Macarıstanın paytaxtı Budapeştdə baş tutub.
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili Gürcüstan nümayəndə heyətinin üzvləridir.