Şalva Papuaşvili - Avropa Şurası Parlament Assambleyasını partiya silahı alətinə çevirmək riski var, ümid edirik ki, onun üzvləri buna uymayacaqlar, çünki bu, Assambleyanın özünə ziyan vuracaq
Avropa Şurası Parlament Assambleyasını partiya silahı alətinə çevirmək riski var, ümid edirik ki, Assambleyanın üzvləri buna uymayacaqlar, çünki bu, Avropa Şurası Parlament Assambleyasına ziyan vuracaq – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Macarıstana səfəri zamanı bildirib.
Papuaşvilinin sözlərinə görə, “siyasi məqsədlər üçün öz xalqına qarşı çıxan müxalifət artıq uzun zamandır xəyanətkara çevrilib”.
“Ən problemlisi odur ki, bu, onların siyasi məqsədləri deyil, daha çox təmsil etdikləri xarici rəhbərlərinin siyasi məqsədləridir və bunlar adi marionetlərdir. Ona görə də bu məktublar onların otaqlarında yazılmır, göstəriş verilir. Sonradan məktubları onlara geri qaytarırlar, guya partiya mövqeyini ifadə etmək üçün. Beynəlxalq formatlardan partiya məqsədləri üçün istifadənin xoşagəlməz tendensiyası var.
Avropa Şurası Parlament Assambleyasında da görürük ki, dialoq formatı kimi Parlament Assambleyasını partiya silahı alətinə çevirmək riski var. Bu, birinci dəfə baş vermir. İşgəncə, biznes reketliyi, medianın bağlanmasının xas olduğu rejimə dəstəyi ilə seçilən Avropa Xalq Partiyasını xatırlayırıq. Avropa Xalq Partiyasının konfransında Saakaşvili üçün saxlanılmış boş stul yadınızdadırmı? bu, əlbətdə, gürcü xalqının avropalı kimi təsəvvür edə biləcəyi hər şeydən məhrum olan biabırçı bir hərəkət idi. Ümid edirik ki, Avropa Şurası Parlament Assambleyasının üzvləri bəzi siyasi qrupların onlardan silah kimi istifadə etmək cəhdlərinə uymayacaqlar. Əgər bu siyasi qrup hər hansı belə bir qərar qəbul edə bilsə, ilk növbədə, bu, Avropa Şurası Parlament Assambleyasına ziyan vuracaq və onu dialoq platforması kimi sarsıdacaq” – Şalva Papuaşvili bildirib.