Şalva Papuaşvili - Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən təşkilatlar seçkiləri pozmağa hazırlaşırlar, hansı təşkilatdan, hansı ölkənin səfiri olmasından asılı olmayaraq hamısını ifşa edəcəyik
Şalva Papuaşvili - Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən təşkilatlar seçkiləri pozmağa hazırlaşırlar, hansı təşkilatdan, hansı ölkənin səfiri olmasından asılı olmayaraq hamısını ifşa edəcəyik

 

Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilən təşkilatlar özünüidarəetmə seçkilərini pozmağa hazırlaşırlar – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.

Papuaşvili Avropa İttifaqının büdcəsinin pulunun seçkiləri pozmağa xərcləndiyini bildirib.

“O cümlədən Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşkilatların əli ilə aparılan bu yalan saxta kampaniyadan sonra ATƏT-in baş katibinin 26 oktyabr seçkilərinin nəticələrinin seçicinin iradəsini əks etdirdiyi barədə bəyanatını dinlədik. Bu, gürcü xalqını təhqir edən bütün ölkələrin hakimiyyətlərinə cavabdır, bu, gürcü xalqını təhqir edən Brüsselin bürokratlarına cavabdır. Bu, gürcü xalqını onun tərəfindən seçilmiş hakimiyyətə soyuq münasibət göstərməklə, sanki bu seçkilərin qüsurlu olması ilə təhqir edən bəzi səfirlərə, Gürcüstanda fəaliyyət göstərən səfirə cavabdır.

ATƏT-in baş katibinin xalqın iradəsinin bu seçkilərin nəticələrində tam əks olunduğunu deməsindən sonra, sanki gürcü demokratiyasının gürcü xalqına öz hakimiyyətini seçmək imkanı verməkdə aciz olmasında günahlandırdıqları üçün düşünürəm ki, bu hakimiyyətlər – Brüssel, bəzi səfirlər gürcü xalqından üzr istəməlidirlər. Bu bəyanat, o cümlədən bəzi QHT-nin kampaniyasına da aiddir. Xüsusilə, Nino Lomcarianın “QHT”sinə – “Mənim səsim”ə. 2024-cü ilin seçkilərindən əvvəl də, səhv etmirəmsə, hətta bir neçə QHT-nin seçki məqsədi daşıyan subyekt kimi elan edilməsi ilə bağlı icraat olub. Elə o vaxtdan biz deyirdik ki, Avropa İttifaqının səfirliyi təşviqat kampaniyasını maliyyələşdirir və o cümlədən bir neçə “QHT”ni birləşdirən bu “Mənim səsim” təşkilatı birbaşa “Gürcü Arzusu”na qarşı təşviqatla məşğul idi” – Şalva Papuaşvili bildirib.

Parlamentin sədri bildirib ki, MSK-ya və seçkilərə hücum edən QHT-lər ABŞ bu sahədə maliyyələşdirməni artıq dayandırdıqdan sonra Avropa İttifaqının büdcəsindən maliyyələşir.