Şalva Papuaşvili - Avropa İttifaqının səfiri suala cavab verməlidir, QHT-lərin Strasburqda Şəffaflıq Qanununun dayandırılmasını tələb etmədiklərini bilirdimi yoxsa bilmirdimi və əgər bilirdisə, niyə bunu bizdən gizlədirdi?
Şalva Papuaşvili - Avropa İttifaqının səfiri suala cavab verməlidir, QHT-lərin Strasburqda Şəffaflıq Qanununun dayandırılmasını tələb etmədiklərini bilirdimi yoxsa bilmirdimi və əgər bilirdisə, niyə bunu bizdən gizlədirdi?

 
Avropa İttifaqının Gürcüstandakı səfiri suala cavab verməlidir, QHT-lərin Strasburqda müvəqqəti tədbir kimi Şəffaflıq Qanununun dayandırılmasını tələb etmədiklərini bilirdimi yoxsa bilmirdimi və əgər bilirdisə, niyə bunu bizdən, Gürcüstan Parlamentindən və Gürcüstan əhalisindən gizlədirdi? – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.

Bununla yanaşı, Papuaşvili bildirib ki, Gürcüstanın konstitusiya orqanına nə üçün təbliğat metodlarından və dezinformasiyadan istifadə edilməklə hücum edilməsinə gəlincə, “Herçinski bu suala da cavab verməlidir, çünki bu QHT-ləri o maliyyələşdirir”.

“Bu, 6-cı ayında nəhayət ki, Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasından eşitdiyimiz qalmaqallı məlumatdır. Bildiyiniz üzrə, mən onlara açıq şəkildə də deyirdim ki, Gürcüstanın Konstitusiya Məhkəməsindən tələb etdikləri kimi, Strasburq Məhkəməsindən Şəffaflıq Qanununun müzakirə aparılana qədər müvəqqəti dayandırılmasını tələb edib-etmədikləri sualına cavab versinlər. Onlar bu cavabdan yayınırdılar və altı ay sonra, nəhayət, etiraf etdilər ki, sən demə heç tələb belə etməyiblər. Halbuki, Konstitusiya Məhkəməsi onların şikayətini müzakirə üçün qəbul etmişdi. Şəffaflıq Qanunu bu gün Konstitusiya Məhkəməsinin müzakirə mövzusudur, lakin müvəqqəti tədbir kimi qanunun dayandırılması rədd edilib və bu, Konstitusiya Məhkəməsinə qarşı ekstremist siyasətçilər və ekstremist QHT-lər tərəfindən hücumlarla müşaiyət olundu.
Xatırladaq ki, Soros Fondunun nümayəndələri, „İSFED“ onları xain adlandırırdı, Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının nümayəndələri Konstitusiya Məhkəməsinə hücum edirdilər, nəticədə etiraf etdilər ki, qanunun dayandırılması üçün heç bir əsas yox idi.
Niyə müraciət etmədilər, bütün bunlar bizə nə deyir? İlk olaraq, Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası və bu şikayətin müəllifi olan və xaricdən maliyyələşən 100 QHT, özləri etiraf edirlər ki, Şəffaflıq Qanunu onlar üçün heç bir ani risk və ya təhlükə yaratmır. Özləri etiraf etdilər ki, bunu tələb etməyiblər və eyni zamanda etiraf etdilər ki, əgər tələb etsəydilər, Strasburq Məhkəməsindən rədd cavabı alacaqdılar. Bunun əksinə isə, Gürcüstanda özlərinin də buna haqqı çatmadıqlarını bildiyi şeyi tələb etdilər. Konstitusiya Məhkəməsi tamamilə ədalətli şəkildə onların bu tələbini rədd etdikdə, Konstitusiya Məhkəməsini hücum obyektinə çevirdilər” – Papuaşvili qeyd edib.

Parlamentin sədri bildirib ki, artıq uzun müddətdir ki, xaricdən idarə olunan QHT-lər ilə bağlı sualları yoxdur, çünki, onun bəyanatına əsasən, bu halda onların donorları ilə bağlı sual mövcuddur.

Bununla yanaşı, jurnalistlərlə söhbətində Şalva Papuaşvili qeyd edib ki, qeyri-hökumət təşkilatı „Safari“nin nümayəndələri Gürcüstanın xarici işlər nazirinə və sonra İctimai Yayımçının jurnalistinə də hücum ediblər, bu da hücum və nifrət dilidir.