Şalva Papuaşvili - Avropa İttifaqının liderlərinin məsuliyyətsiz siyasəti Avropanı sivilizasiya uçurumunun astanasına gətirib çıxarıb, aydın siyasi qərarlar və yanaşmaların yenidən nəzərdən keçirilməsi zəruridir
Şalva Papuaşvili - Avropa İttifaqının liderlərinin məsuliyyətsiz siyasəti Avropanı sivilizasiya uçurumunun astanasına gətirib çıxarıb, aydın siyasi qərarlar və yanaşmaların yenidən nəzərdən keçirilməsi zəruridir

 

Avropa İttifaqının liderlərinin məsuliyyətsiz siyasəti Avropanı sivilizasiya uçurumunun astanasına gətirib çıxarıb, iqtisadi sabitliyin itirildiyi yerdə, mədəni kimlik məhv olur və Avropa ideyasının dəyər əsası şübhə altına düşür – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin yazdığı kimi, Avropa İttifaqı bu prosesləri artıq görməzdən gələ bilməyəcək.

“Brüsselə uzun müddətdir işarə etdiyimiz problemlərdən bu gün artıq Avropa İttifaqının əsas tərəfdaşı və təhlükəsizliyin əsas qarantı olan Amerikanın da danışması vacibdir. Bu, artıq təkcə Gürcüstan hakimiyyətinin xəbərdarlığı deyil – bu, üzərinə çökmüş və getdikcə daha da artan, sistemli və dərin siyasi böhranı həll etməsi üçün Avropanı oyadan artıq Qərbin daxilindən səslənən həyəcan təbilidir. Avropa İttifaqının liderlərinin məsuliyyətsiz siyasəti Avropanı sivilizasiya uçurumunun astanasına gətirib çıxarıb, iqtisadi sabitliyin itirildiyi yerdə, mədəni kimlik məhv olur və Avropa ideyasının dəyər əsası şübhə altına düşür. Avropa İttifaqı bu prosesləri artıq görməzdən gələ bilməyəcək. Aydın siyasi qərarlar və yanaşmaların yenidən nəzərdən keçirilməsi zəruridir” – Papuaşvili yazır.