Şalva Papuaşvili - Avropa İttifaqının xarici siyasəti bu gün qeyri-peşəkarlığın simvoludur və getdikcə Avropa xalqlarının maraqlarından uzaqlaşır
Şalva Papuaşvili - Avropa İttifaqının xarici siyasəti bu gün qeyri-peşəkarlığın simvoludur və getdikcə Avropa xalqlarının maraqlarından uzaqlaşır

 

Xarici işlər naziri beynəlxalq hüququ pozaraq başqa bir ölkədə radikalların hökumət əleyhinə mitinqində çıxış edən baş nazirin Avropa İttifaqının ali xarici nümayəndəsi kimi təyin olunmasının Avropa İttifaqının xarici siyasətini hansı nəticəyə gətirib çıxaracağı əvvəldən bəlli idi – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvili Slovakiyanın Baş naziri Robert Fitsonun Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalasın “dəyişdirilməli” olduğu barədə bəyanatına münasibət bildirir.

“Avropa İttifaqının xarici siyasəti bu gün qeyri-peşəkarlığın simvoludur və getdikcə Avropa xalqlarının maraqlarından uzaqlaşır” – Şalva Papuaşvili yazır.