Şalva Papuaşvili - Avropa İttifaqına müstəqil şəkildə üzvlüyə Maia Sandunun özü də skeptik yanaşır, öz ölkəsinin müstəqilliyi əleyhinə səs verəcəksə, orada hər şey aydındır
Şalva Papuaşvili - Avropa İttifaqına müstəqil şəkildə üzvlüyə Maia Sandunun özü də skeptik yanaşır, öz ölkəsinin müstəqilliyi əleyhinə səs verəcəksə, orada hər şey aydındır

 

Ölkə prezidenti öz ölkəsinin müstəqilliyi əleyhinə səs verəcəksə, orada hər şey aydındır. Bu baxımdan, bəli, həqiqətən Moldovadan geri qalırıq – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin yazdığı kimi, Gürcüstanın Avropa yolu onun ləğv edilməsinin deyil, müstəqil dövlətin yoludur.

“Nə edək, milli kimliyinə inansan, hətta “kiçik bir ölkə”nin belə öz dövlətçiliyini tarixin fırtınasından keçirə biləcəyinin sübutu olan üç min illik tariximizdən imtina edə bilmərik. Eyni zamanda, bu bəyanat açıq şəkildə göstərir ki, Avropa İttifaqına müstəqil şəkildə üzvlük perspektivinə Moldova Prezidentinin özü də skeptik yanaşır və gözü Almaniya Demokratik Respublikasının ssenarisinə qaçır – Almaniya Demokratik Respublikasının Avropa İttifaqına Almaniya Federativ Respublikasına birləşdiyi gün daxil olduğu yola. Nə deyilə bilər. Bu da yoldur – suverenliyi itirməklə Avropaya doğru. Əminəm ki, yerli “hiperavropalılarımız” da 78-ci maddəyə istinad edərək Gürcüstanın suverenliyini dərhal təhvil verəcək bir və ya iki ölkə tapacaqlar. Axı onlar üçün 78-ci maddədən əvvəlki heç bir maddə bir qəpiyə dəyməz. Bizim üçün isə məsələ sadədir: Gürcüstanın Avropa yolu onun ləğv edilməsinin deyil, müstəqil dövlətin yoludur.

P.S. Söz düşmüşkən, onu da unutmayaq ki, oktyabrın 4-də Gürcüstan Prezident sarayına məhz basqın edildiyi vaxt, Maia Sandu ictimai bəyanatla hakimiyyətin devrilməsində iştirak edən zorakı qrupları dəstəklədiyini demişdi” – Papuaşvili yazır.

Məlumat üçün bildirək ki, Moldova Prezidenti Maia Sandu ölkənin Rumıniya ilə birləşməsini dəstəkləyəcəyini bildirib.

“Moldova kimi kiçik bir ölkə üçün suveren ölkə kimi həyatda qalmaq getdikcə daha da çətinləşir”- Sandu bildirib.