Şalva Papuaşvili - ATƏT-in Parlament Assambleyasında gürcü nümayəndə heyəti heç nəyi dəstəkləməyib, yalanın yazıldığı qətnaməyə dəstək olmayacaq
Şalva Papuaşvili - ATƏT-in Parlament Assambleyasında gürcü nümayəndə heyəti heç nəyi dəstəkləməyib, yalanın yazıldığı qətnaməyə dəstək olmayacaq

 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirir ki, ATƏT-in Parlament Assambleyasında gürcü nümayəndə heyəti heç nəyi dəstəkləməyib.

Papuaşvilinin jurnalistlərə dediyi kimi, qətnamədə yalan və dezinformasiya yazılarsa, buna Gürcüstan nümayəndə heyəti dəstək verməyəcək.

“Heç nəyi dəstəkləməyib. Qətnamədə yalan və dezinformasiya yazılarsa, ona dəstək vermirik. Co Uilson və Ukrayna nümayəndə heyəti, məşhur qruplar – Polşa, Baltikyanı ölkələr olmasaydı, sənədin özünə dəstək verərdik. Bilmirəm niyə gürcü xalqına qarşı belə haqsızlıq edirlər. Biz onlara yaxşılıqdan başqa nə etmişik ki, gürcü xalqını buna layiq görürlər? Görürük ki, onların səyi nəticəsində yarım cümlə yazıldı ki, ona bizim dəstəyimiz olmayacaqdı. Belə ki, bu da ayrıca bir məsələdir. Müxtəlif media dezinformasiya yayarkən və xüsusilə əlamətdardır ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən media dezinformasiya yayır və Avropa İttifaqının səfirliyi bunu sakitcə izləyir. Bizə tövsiyələrdə dezinformasiyanın yolverilməzliyini yazırdılar, özləri isə yalan və dezinformasiya yayan təşkilatlara pul ödəyirlər. Sonra isə hələ bizə deyirlər ki, bu müstəqil mediadır. Təəssüf ki, bu gün dezinformasiya, o cümlədən Avropa İttifaqının səfirliyi tərəfindən maliyyələşdirilir” – Şalva Papuaşvili bildirib.

Papuaşvili bildirib ki, sənədin ilkin variantına Gürcüstan tərəfindən dəstək verilib, lakin Co Uilson və Ukrayna nümayəndə heyəti tərəfindən təqdim edilən bir cümlə olmasaydı, o, dəstək alacaqdı.

“Sənədə gəlincə, onun ilkin variantına dəstək verilib, o cümlədən bizim təşəbbüsümüzlə irəli sürülmüş dəyişiklik də mətndə yer aldı. Bizim nümayəndə heyətinin təşəbbüsü idi və mətnin müəllifləri bunu nəzərə aldılar, bu baxımdan, qətnamə bütövlükdə az-çox məqbuldur. Ukrayna nümayəndə heyətinin və Co Uilsonun təşəbbüsü ilə əlavə olunmuş o bir zərərli cümlə olmasaydı, dəstəyimiz olardı. Lakin, yalan siyasi intriqalar naminə müxtəlif sənədlərə yazılırsa – bunun nümunələri bizdə var, öz qətnamələri ilə yaxud AŞPA sənədlərində böhtanın məşhur müəllifinə çevrilmiş Avropa Parlamenti bunun ən yaxşı nümunəsidir – əlbətdə, buna dəstəyimiz olmayacaq. Bizim təşəbbüsümüz işğal olunmuş regionların tanınması məsələsi idi. Hər kəsi Gürcüstanın ərazi bütövlüyünü tanımağa çağırmaq üçün beynəlxalq alətlərdən istifadə edirik, bu, tanımama siyasətinin bir hissəsidir” – Papuaşvili bildirib.