Şalva Papuaşvili - ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkilərin baş tutduğunu və Gürcüstanın seçilmiş hakimiyyətinin olduğunu açıq şəkildə bəyan etdi, biz hamının, o cümlədən Avropa İttifaqının ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyinə sadiq olacağını gözləyirik
Müxtəlif avropalı siyasətçi, diplomat və ya ölkədən eşitdiyimiz bəzi bəyanatlar belə bir fikir yaradır ki, ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyinin yoxlanılması və ya ondan yan keçilməsi istəyimi var? – bu haqda Gürcüstan Parlamentinin sədri, “Gürcü Arzusu”nun Siyasi Şurasının üzvü Şalva Papuaşvili deyib.
O bildirib ki, ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkilərin baş tutduğunu və Gürcüstanın seçilmiş hakimiyyətinin olduğunu açıq şəkildə bəyan etdi.
“Seçkilərlə əlaqədar dezinformasiyanın yayılması məsələləri ilə bağlı sizə məlumat vermək istəyirəm. Birinci məsələ: Biz eşidirdik ki, Avropa İttifaqı seçkiləri qiymətləndirərkən ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyinə əsaslanacaqdı. Təəssüflər olsun ki, müxtəlif avropalı siyasətçi, diplomat və ya ölkədən eşitdiyimiz bəzi bəyanatlar belə bir fikir yaradır ki, ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyinin yoxlanılması və ya ondan yan keçilməsi və məsələn, bildiyimiz kimi, bu seçkilərə şəxsən seçki məqsədləri ilə rəhbərlik etmiş yerli “QHT”lər tərəfindən hazırlanmış bəzi digər hesabatlara istinad etmək istəyimi var? ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz hesabatında yazılı və eləcə də şifahi şəkildə brifinqdə bu seçkilərin baş tutduğunu və Gürcüstanın seçilmiş hakimiyyətinin olduğunu açıq şəkildə bəyan etdi, bu aydın hesabat və ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyidir, biz hamının, o cümlədən Avropa İttifaqının ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyinə sadiq olacağını gözləyirik” – Şalva Papuaşvili qeyd edib.