Şalva Papuaşvili: ALDE ya “Lelo”nu terrorizmdən uzaqlaşmağa məcbur etməli, ya da onu öz sıralarından xaric etməlidir, əks halda özü terrorizmi dəstəkləyən quruma çevriləcək
Avropa Liberallar və Demokratlar Alyansı (ALDE) ya “Lelo” partiyasını terrorizmdən uzaqlaşmağa məcbur etməli, ya da “Lelo”nu öz sıralarından xaric etməlidir. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
Papuaşvilinin sözlərinə görə, “əks halda ALDE özü terrorizmi dəstəkləyən bir quruma çevriləcək”.
Xatırladaq ki, terror aktına cəhd ittihamı üzrə 29 noyabr hadisələri ilə bağlı Aleko Elisaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib.