Şalva Papuaşvili Albaniya Parlamentinin sədri ilə görüşüb
Şalva Papuaşvili Albaniya Parlamentinin sədri ilə görüşüb

 

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Albaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.

Şalva Papuaşvili Elisa Spiropalini partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Tərəflər Gürcüstan və Albaniya arasında münasibətlər haqda danışıblar.

İki ölkənin Avropa İttifaqına üzvlüyünün ümumi məqsədi qeyd olunub, bu da səmərəli ikitərəfli əməkdaşlıq, eləcə də Balkan regionu çərçivəsində fəal mübadilə üçün möhkəm zəmin yaradır. Bu baxımdan parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb.

Tərəflər parlament əməkdaşlığını gücləndirməyə hazır olduqlarını bildiriblər. Parlament dostluq qruplarının yaradılması barədə razılığa gəliblər.

Parlament sədrləri iki ölkənin Avropa İttifaqına üzvlük yolunda planlarını nəzərdən keçirib və bu baxımdan təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Elisa Spiropali bildirib ki, Albaniya Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasını dəstəkləyir.

O, Şalva Papuaşvilini Albaniyaya rəsmi səfərə dəvət edib.

Görüş Cenevrə şəhərində davam edən Parlament Sədrlərinin VI Ümumdünya Konfransı çərçivəsində baş tutub.

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze parlamentin sədri ilə birlikdə tədbirdə iştirak edir.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.