Şalva Papuaşvili – Aİ-yə üzvlük prosesi başlayıb, Gürcüstan, Ukrayna və Moldova eyni mərhələdədir və ölkəmiz Assosiasiya Sazişinin həyata keçirilməsində liderlərdən biridir

12:07, 09.05.2022

Biz faşizm üzərində Qələbə Gününü qeyd etməklə yanaşı, Avropa Gününü də qeyd edirik. Bu kontekstdə Gürcüstanın Aİ-yə üzvlük üçün artıq müraciət etdiyimiz bu gün tamamilə fərqli bir prosesdə olması vacibdir”, – Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

“Bilirsiniz ki, proses başlayıb və təbii ki, biz ölkəmiz üçün sorğu anketini ən qısa zamanda tərtib etdiyinə görə Avropa İttifaqına minnətdarıq, ona da qısa zamanda cavab verilib. Bilirsiniz ki, birinci hissə artıq təhvil verilib və çox güman ki, cavabların ikinci hissəsi sabah təhvil veriləcək. Artıq qiymətləndirməni gözləyirik.

Bilirsiniz ki, Gürcüstan-Ukrayna-Moldova məsələsi birlikdə müzakirə olunur. Biz eyni mərhələdə olan üç ölkəyik. Eyni zamanda, bu üç ölkə arasında Gürcüstan Assosiasiya Sazişinin icrası baxımından liderlərdən biridir. Artıq Gürcüstanda Assosiasiya Sazişinin 40 faizi yerinə yetirilib və bu baxımdan biz qanunvericilik səviyyəsində Avropa İttifaqına kifayət qədər yaxınıq”, – Papuaşvili bildirib.

Oxşar