Şalva Papuaşvili - ABŞ-nin yeni administrasiyası tərəfindən gördüyümüz ifşalar qanunvericiliyimizə baxmaq və demokratiyanın özünü kənar müdaxilədən qoruya bilməsi naminə hazır olmağımız üçün siqnaldır
İki ay ərzində müxtəlif sahələrdə qanunvericilik üzərində işləmək niyyətindəyik, bunun məqsədi də Gürcüstanda demokratiyanı gücləndirmək, dezinformasiya ilə mübarizə aparmaq və dövlət institutlarının fəaliyyətinə kənar müdaxiləni məhdudlaşdırmaqdır, bu, bütün dünya üçün çağırışdır – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili deyib ki, ABŞ-nin yeni administrasiyası tərəfindən verilən bəyanatlar Gürcüstanın öz qanunvericiliyinə yenidən baxması və ona dəyişikliklər etməsi üçün siqnaldır.
“ABŞ-nin yardımından düzgün olmayan şəkildə istifadə edilməsi ilə bağlı ABŞ-nin yeni administrasiyası tərəfindən son vaxtlarda gördüyümüz qalmaqallı ifşalar qanunvericiliyimizə baxmağımız və demokratiyanın özünü kənar müdaxilədən qoruya bilməsi naminə hazır olmağımız üçün siqnaldır. Dediklərimizi təsdiq edən ifşalar gördük. ABŞ-nin xarici yardımlarından bəzi təşkilatlar başqa ölkələrdə öz təsirini yeritmək üçün istifadə edirdilər, bunun üçün yerində istər qeyri-kommersiya təşkilatları olsun, istərsə də media vasitələri olsun, bu məqsədlə, xarici maraqlara xidmət etmək üçün yaradılmış müxtəlif təşkilatlardan istifadə edirdilər. Gördünüz, hətta beynəlxalq aləmdə tanınan media vasitəsinin də müxtəlif büdcə vəsaitlərindən maliyyələşdiyi üzə çıxdı. Buradan məlum olur ki, məsələn, bu və ya digər hadisəni qərəzli şəkildə işıqlandıran “Politico” və ya digərlərinin ayrı-ayrı siyasi qrupların maraqlarını güdmək və ya digər liderlərə qarşı işləmək gündəmi olub. Bu qalmaqallı ifşalar bizi bu barədə daha çox düşünməyə sövq etdi. Ona görə də qarşıdakı iki ay ərzində bunun üzərində işləyəcəyik. Biz qanun layihələrinin təşəbbüsünü irəli sürəcəyik” – Papuaşvili bildirib.