Şalva Papuaşvili - ABŞ-da gedən proseslər bütün səfirliklərin öz ölkələrindən seçkilərə xərclənən hər bir senti açıqlamasını zəruri edir
ABŞ-ın yeni administrasiyası etiraf edir ki, xarici yardım çətiri altında amerikalıların pulları ilə uydurma ideologiyaların təlqin edilməsi, senzura, daxili siyasətə müdaxilə, hakimiyyət çevrilişi və s. maliyyələşdirilirdi. Ən böyük donor bunu etiraf edəndə, bu, avtomatik olaraq digər ölkələrin Gürcüstandakı xərcləmələrinin düzgünlüyünü sual altına qoyur – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvilinin qeyd etdiyi kimi, indi növbə digər donor ölkələrindir – onlar vergi ödəyicilərinin pullarının nəyə xərcləndiyini yoxlamalıdırlar.
“Bu ölkələrin müxalifəti və qeyri-hökumət təşkilatları buna xüsusi maraq göstərməlidir. Brüssel isə nümunə göstərməlidir. 2023-cü ilin payızında mən Avropa İttifaqının səfirinə məktubla müraciət edərək, Avropanın Demokratiyaya Yardım Fondunun (Pərdə arxasında NED-in Avropa şöbəsi adlandırılan EED) maliyyələşdirməsinin açıqlanmasını təmin etməsini xahiş etdim. Bir neçə ay düşündükdən sonra səfirdən EED-nin ayrıca təşkilat olması bəhanəsi ilə rədd cavabı aldım. Əlbətdə, bu, sadəcə bir bəhanə idi. EED tamamilə Brüssel və üzv dövlətlərin büdcəsi hesabına maliyyələşdirilir və onu bir neçə arzuolunmaz avropalı parlamentari idarə edir.
2024-cü ilin seçkiləri üçün Brüssel və digər paytaxtlar tərəfindən ayrılan vəsaitlərin partiya seçki məqsədləri üçün qanunsuz xərclənməsi ayrı bir məsələdir. Seçkilərdə iştirak edən siyasi QHT-lərin arxasında konkret xarici donorların dayandığı bəlli olanda, kənar təzyiq nəticəsində Korrupsiyaya Qarşı Mübarizə Bürosu araşdırmasını necə dayandırmağa məcbur olmuşdu, hamımız xatırlayırıq.
ABŞ-da gedən proseslər bütün səfirliklərin öz ölkələrindən seçkilərə və daxili siyasi proseslərə xərclənən hər bir senti açıqlamasını zəruri edir ” – Şalva Papuaşvili yazır.