Şalva Papuaşvili – 81 min nəfər əmlak vergisindən azad ediləcək, dəyişiklik oktyabrın 1-dən qüvvəyə minəcək və cari il üçün təqdim ediləcək əmlak bəyannamələrinə də şamil olunacaq

22:39, 14.09.2026

Əmlak vergisi ilə bağlı qanunvericilik dəyişiklikləri cari il üzrə təqdim ediləcək əmlak bəyannamələrinə də şamil olunacaq. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, dəyişiklik oktyabrın 1-dən qüvvəyə minəcək.

“81 min nəfər əmlak vergisindən azad ediləcək. 40 min larilik hədd ləğv olunur.

Əmlak vergisini yalnız gəliri 100 min laridən çox olan vətəndaşlar ödəyəcək.

Qanunvericilik dəyişikliyi oktyabrın 1-dən qüvvəyə minəcək və cari il üzrə təqdim ediləcək əmlak bəyannamələrinə də şamil olunacaq”, – Şalva Papuaşvili yazıb.

Oxşar