Şalva Papuaşvili - 4 oktyabr seçkiləri ilə də vətəndaşlar addımlarımızın və hakimiyyətin siyasətinin düzgünlüyünü bir daha təsdiqlədilər, bu demokratiyadır, xalqın sözü əsasdır
Oktyabrın 4-də seçki məntəqələrinə gedən hər bir vətəndaşa təşəkkür edirəm. Hakimiyyətin malik olduğu demokratik mandatı bir daha gücləndirən “Gürcü Arzusu”nu dəstəkləyən vətəndaşlara xüsusi minnətdarlığımı bildirirəm – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili parlament bürosunun iclasında deyib.
O bildirib ki, bu seçkilərlə, vətəndaşların mandatı ilə hakimiyyətin bütün siyasi və ya hüquqi qərarlarının vətəndaşların dəstəyinə malik olduğu təsdiqləndi.
“Mən hamınızı uğurla keçirilmiş yerli özünüidarəetmə seçkiləri münasibətilə təbrik etmək və bütövlükdə ölkəni təbrik etmək istəyirəm. Bununla seçki dövrünün — keçən il parlament seçkiləri ilə, sonra prezidentin seçilməsi ilə və bu il artıq 4 oktyabr özünüidarəetmə orqanlarının seçilməsi ilə başa çatması vacibdir. Bütün seçkili konstitusiya orqanları artıq komplektləşdirilib və indi ölkənin sonrakı üç ildə parlament, eləcə də yerli özünüidarəetmə seçkilərində qalib komanda tərəfindən təqdim olunmuş inkişaf planlarına tam şəkildə fokuslanmaq imkanı var. “Gürcü Arzusu”nun nümayəndəsi kimi sevinirəm ki, dəstək baxımından biz parlament seçkilərinin nəticələrini faktiki olaraq təkrarladıq. Bir milyon yüz mindən çox vətəndaş “Gürcü Arzusu”na dəstək verdi və bununla özünüidarəetmə seçkilərində parlament seçkilərinin nəticəsini təkrarladıq. Xatırladım ki, bu “Gürcü Arzusu”nun 2021-ci ilin özünüidarəetmə seçkilərində əldə etdiyi nəticədən daha yüksəkdir, o vaxt həmin seçkilər referendum olaraq elan edilmiş və demək olar ki, parlament seçkiləri səviyyəsinə yüksəlmişdi. Ona görə də mən ilk növbədə oktyabrın 4-də seçki məntəqələrinə gedən və hansı partiyanın tərəfdarı olmasından asılı olmayaraq, öz siyasi üstünlüyünü qeyd edən hər bir vətəndaşa təşəkkür edirəm. Əlbəttə, hakimiyyətin malik olduğu demokratik mandatı bir daha gücləndirən və bununla düzgün, ölkəmizin milli maraqlarına uyğun olaraq hərəkət etdiyimizə dair inamı gücləndirən “Gürcü Arzusu”nu dəstəkləyən vətəndaşlara xüsusi minnətdarlığımı bildirirəm. Bu, müəyyən dərəcədə içində olduğumuz bir illik xaricdən təlqin edilən prosesin qiymətləndirilməsi idi. Bu seçkilərlə də vətəndaşlar addımlarımızın, hakimiyyətin siyasətinin düzgünlüyünü bir daha təsdiqlədilər. Bu seçkilərlə, vətəndaşların mandatı ilə hakimiyyətin bütün siyasi və ya hüquqi qərarlarının, tamamilə bütün qərarlarının, o cümlədən bu bir il ərzində qəbul edilmiş qanunların vətəndaşlarımızın dəstəyinə malik olduğu təsdiqləndi. Bu demokratiyadır. Xalqın sözü əsasdır. Hakimiyyət xalqdan gəlir və xalq bu bir illik seçki dövrü ilə öz səlahiyyət mandatını indiki hakimiyyətə verdi” – Şalva Papuaşvili bildirib.