Şalva Papuaşvili - Əsas odur ki, Avropa İttifaqına gedən yolda fiziki və ya mənəvi cəhətdən elə zərər görməyək ki, Avropa İttifaqına daxil olanda artıq qoruyacaq bir şeyimiz qalmasın
Şalva Papuaşvili - Əsas odur ki, Avropa İttifaqına gedən yolda fiziki və ya mənəvi cəhətdən elə zərər görməyək ki, Avropa İttifaqına daxil olanda artıq qoruyacaq bir şeyimiz qalmasın

 

Avropa İttifaqına üzvlüyümüzün məqsədi həqiqətən daha təhlükəsiz və qorunan gələcəkdir – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin qeyd etdiyi kimi, Avropa İttifaqının sülh üçün yaradılması avtomatik olaraq sülh mənasına gəlmir. O bildirib ki, Avropa özünəvurğunluğa qapılmamalıdır. Papuaşvilinin bəyanatına əsasən, biz gürcülər çox yaxşı bilirik ki, sülhdən müharibəyədək olan məsafə sadəcə bir göz qırpımı qədərdir.

“Avropa İttifaqına üzvlüyümüzün məqsədi həqiqətən daha təhlükəsiz və qorunan gələcəkdir. Lakin, məqsədə çatana qədər hələ yol var. Təhlükəsiz limanın koordinatlarını bilmək, əgər ora gedən yolda həm gəmini, həm də sərnişinləri fırtınaya salırsansa, heç nə ifadə etmir.

Gürcü xalqını tələskənlik yox, uzaqgörənlik minilliklərdən keçirib. Bugünkü çılğın dünyada, bizim əsas qayəmiz də odur ki, Avropa İttifaqına gedən yolda fiziki və ya mənəvi cəhətdən elə zərər görməyək və məhv olmayaq ki, Avropa İttifaqına daxil olanda artıq qoruyacaq bir şeyimiz qalmasın.

Avropa İttifaqının sülh üçün yaradılması avtomatik olaraq sülh mənasına gəlmir. Sülh layihəsi olmaq məsuliyyətli güc olmaq deməkdir. Avropa özünəvurğunluğa qapılmamalıdır. Biz gürcülər çox yaxşı bilirik ki, sülhdən müharibəyədək olan məsafə sadəcə bir göz qırpımı qədərdir.

Avropa İttifaqının səfirliyi tərəfindən başladılan dəfələrlə təkrar-təkrar istifadə edilmiş təbliğat kampaniyası yalnız onun sübutudur ki, onlar gürcü xalqının əsas qayəsinin nə olduğunu və gürcü dövlətini və gürcü xalqını fırtınaya sürükləməyin nə olduğunu ya başa düşə bilmirlər ya da başa düşmürlər.

Ona görə də bir daha izah edəcəyəm. Sülh layihəsi olmaq istəyirsənsə:

• Müharibənin qızğın çağında, üç müharibədən keçmiş dövlətdən Rusiya ilə eskalasiyanı tələb etməməlisən, Brüssel bunu etdi, ekstremizmi maliyyələşdirməməlisən, Brüssel bunu etdi,

• Seçkilərə müdaxilə etməməlisən, Brüssel bunu etdi,

• Ölkəyə böhtan atmamalısan, Brüssel bunu etdi,

• Gürcülərin minilliklərdən keçmiş dəyərlərinə kobud şəkildə əlini atmamalısan, Brüssel bunu etdi.

Sanki demək nə asan və etmək nə çətin olub, çünki buna təbliğat üçün çəkilmiş avropalı olmaq yetmir, həqiqi avropalı olmaq lazımdır, yəni sağlam düşüncə, ədalət, möhkəmlik və təmkin. Məhz 75 il əvvəl Avropa İttifaqının qurucusu ataların sahib olduğu kimi” – Papuaşvili yazır.