Şalva Papuashviliyə katolikos-patriarxın vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova başsağlığı məktubu göndərib
Şalva Papuashviliyə katolikos-patriarxın vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstanın katolikos-patriarxının vəfatı ilə əlaqədar parlament sədri Şalva Papuashviliyə başsağlığı məktubu göndərib.

Sahibə Qafarova başsağlığı məktubunda qeyd edib ki, onun müqəddəsliyinin Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfə hər zaman böyük hörmətlə xatırlanacaq.

“Görkəmli dini xadim, onun müqəddəsliyi, bütün Gürcüstanın katolikos-patriarxı İkinci İlya-nın vəfatı xəbərini dərin kədər hissi ilə aldıq. Onun müqəddəsliyi İkinci İlya-nın bəşəriyyət naminə gördüyü işləri, Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfəni, həmçinin ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi böyük səyləri hər zaman böyük ehtiramla xatırlayacağıq.

Bu böyük itki ilə bağlı kədərinizi bölüşür və öz adımdan, eləcə də Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri adından Sizə, parlament üzvlərinə və dost ölkənizin xalqına dərin başsağlığı verirəm”, – deyə məktubda bildirilir.

Bütün Gürcüstanın katolikos-patriarxı İlya II martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub. Patriarx Patriarxlıq rezidensiyasından Sameba kafedral kilsəsinə matəm yürüşü ilə aparılıb. İkinci İlya martın 22-də Sioni kilsəsində dəfn olunacaq.