Şalva Papuashvili – Vacibdir ki, hamımız birlikdə olaq, Səhiyyə Nazirliyi və hər bir həkim patriarxın vəziyyətinin yaxşılaşması üçün əlindən gələni edir
“Vacibdir ki, hamımız birlikdə patriarxımız üçün dua edək, ona möhkəmlik və sağalma arzulayaq”, – bunu parlamentin sədri Şalva Papuashvili Qafqaz Tibb Mərkəzində olarkən bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi və hər bir həkim patriarxın vəziyyətinin yaxşılaşması üçün əlindən gələni edir:
“Vacibdir ki, hamımız birlikdə patriarxımız üçün dua edək, ona möhkəmlik və sağalma arzulayaq. İndi əsas məsələ birlikdə olmaq və onun üçün dua etməkdir. Bildiyiniz kimi, konsilium keçirilir, məsələlər müzakirə olunur, hansı qərarların verilməli olduğu müəyyənləşdirilir. Dövlət, Səhiyyə Nazirliyi və hər bir həkim tibbi müdaxilə ilə onun sağlamlığının yaxşılaşmasına nail olmaq üçün əlindən gələni edir”, – deyə Şalva Papuashvili bildirib.