Şalva Oqbaydze – Müxalifət Avçaladakı bəzi küçələri naviqasiyasız tapa bilmir, seçicilərə demirlər ki, bu və ya digər problemin necə həlli mümkündür, bizim komandamız isə 24 saat şəhərin xidmətindədir
Tbilisi Şəhər Şurasının nəqliyyat məsələləri üzrə komissiyasının sədri Şalva Oqbaydze Şəhər Şurasının iclasında seçkiqabağı kampaniya barədə danışıb və “Gürcü Arzusu”nun seçicilərinə təşəkkürünü bildirib.
Onun sözlərinə görə, elə bir insan və ya komanda yoxdur ki, çağırışlara daha tez və keyfiyyətli cavab versin.
Şalva Oqbaydze müxalifəti çağırıb ki, seçicilərə yalan vədlər verməsinlər.
“Seçildiyim majoritar dairədə elə bir insan görmədim ki, hansısa çağırışa bizdən daha tez və effektiv cavab versin. Bizim komandamız 24 saat şəhərin xidmətindədir, baxmayaraq ki, problemlər hələ də çoxdur. Bütün məsələlər mərhələli şəkildə həll olunacaq. Müxalifət isə, Avçaladakı bəzi küçələri naviqasiyasız tapa bilməyən, görülən işlərin əvəzinə yalnız nöqsanları görən tərəfdir. Onlar seçicilərə yalan vədlər verirlər. Onlar söz verirlər, amma demirlər ki, bu və ya digər problemin necə həlli mümkündür”, – deyə Şalva Oqbaydze bildirib.