Şalva Natelaşvili xaricdən qayıdan Gürcüstan vətəndaşları üçün məcburi 14 günlük karantinin ləğv olunmasını tələb edir
Şalva Natelaşvili xaricdən qayıdan Gürcüstan vətəndaşları üçün məcburi 14 günlük karantinin ləğv olunmasını tələb edir

“Leyboristlər Partiyasının” lideri, Şalva Natelaşvili Tbilisi Şəhər Məhkəməsinə şikayətlə müraciət edir. Partiyanın lideri, xaricdən qayıdan Gürcüstan vətəndaşları üçün məcburi 14 günlük karantinin ləğv olunmasını tələb edir.

Natelaşvilinin dediyinə görə, bu yolla dövlət öz vətəndaşlarını məhbusluğa buraxır, bu isə, diskriminasiyadır.

“Hökumət görünməz qanun tədbiq etdi. Xaricdən qayıdan Gürcüstan vətəndaşları iki həftəliyinə həbsə göndərilirlər, əcnəbi isə, ölkəyə sərbəst şəkildə daxil olur. Bu gün biz, Tbilisi Şəhər Məhkəməsinə şikayətlə müraciət etdik və tələb edirik ki, hökumətin tatamilə qanunsuz qərarı dönmədən dayandırılsın. Əgər hakim, bu qanunsuz qərarın ləğvinə yox desə, 31 oktyabrdan sonra həmin hakim yerində qalmayacaq”, – Şalva Natelaşvili bəyan etdi.