Şalva Mikeladze küçəsində planlaşdırılan işlərə görə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Şalva Mikeladze küçəsində planlaşdırılan işlərə görə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

 
Vake rayonunda, Şalva Mikeladze küçəsində, Vaja-Pşavelanın II kvartalının N23 binasına bitişik ərazidə zədələnmiş drenaj kollektorunun bərpasına başlanılır.

Tbilisi Meriyasının məlumatına əsasən, işləri Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti həyata keçirəcək.

“Planlaşdırılan işlərə görə, oktyabrın 3-ü saat 07:00-dan bir ay müddətində Şalva Nutsubidze küçəsindən Mikeladze küçəsinə qədər olan yol hissəsində, Vaja-Pşavelanın II kvartalının N22, N23, N24 və N25 binasının yaxınlığında avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Vaja-Pşavelanın II kvartalının N22 və N23 binalarına giriş Nikoloz Ğibradze küçəsindən keçməklə, Vaja-Pşavelanın II kvartalının N24 və N25 binalarına isə Vaja-Pşavelanın II kvartalının II dalanı vasitəsilə çıxış mümkün olacaq.

Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir!” – məlumatda qeyd olunub.