Salome Zurabişvilinin Almaniyaya işgüzar səfəri başlayıb

17:59, 02.05.2022

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Almaniya Federativ Respublikasına işgüzar səfəri başlayıb. Berlin-Brandenburq Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılanma mərasimi keçirilib.

Gürcüstan Prezidenti işgüzar səfəri çərçivəsində bu gün Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə həm Berlində, həm də geniş tərkibdə təkbətək görüşlər keçirəcək.

Oxşar