Salome Zurabişvili – Xahiş edirəm media nümayəndələri nifrət nitqinə bir müddət moratorium elan etsinlər, görək bu, cəmiyyətə nə qədər rahatlıq gətirəcək
Xahiş edirəm, bir müddət kanallarınızda nifrət nitqinə moratorium elan edin və görün bu, cəmiyyətimizə nə qədər rahatlıq gətirəcək, – Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayında keçirilən görüşdə mediaya bildirib.
Salome Zurabişvili də cəmiyyəti nifrət nitqindən çəkinməyə çağırıb.
“Moratoriuma cavab istəmirəm. Bir xahiş kimi sizə buraxıram. Bu, hamı üçün olduğu kimi, ictimaiyyət üçün də bir xahişdir. Bu, mənim hamıdan böyük, təcili xahişimdir” dedi prezident.