Salome Zurabişvili və Yunanıstan prezidenti arasında telefon söhbəti baş tutdu
Gürcüstan prezidenti, Salome Zurabişvili və Yunanıstan prezidenti, Ekaterini Sakellaropulus arasında telefon söhbəti baş tutdu.
Gürcüstan prezidenti mətbuat xidmətinin məlumatına görə, tərəflər Yunanıstanda yanğın nəticəsində yaranan vəziyyəti müzakirə etdilər. Gürcüstan prezidenti Yunanıstanda mövcud humanotar vəziyyət barəsindı maraqlandı.
Gürcüstan prezidenti yunan xalqına dəstək və həmrəylik bəyan etdi və ümidvar olduğunu ifadə etdi ki, bu çətin çağırışları Yunanıstan vaxtında dəf edəcək.
Salome Zurabişvili həmçinin, Ekaterini Sakellaropulusa bu çətin vəziyyətdə Yunanıstanda olan Gürcüstan vətəndaşlarının qayğısına qalmasına görə minnətdarlığını ifadə etdi.
Gürcüstan prezidenti Yunanıstan prezidenti Ekaterini Sakellaropulus Gürcüstan səfərə dəvət etdi.