Salome Zurabişvili - ümid edirəm ki, ölkədə nifrətin dövrü sona yetdi
Prezidentliyə müstəqil namizəd, Salome Zurabişvili prezident seçkilərində seçimini etdi.
Salome Zurabişvili Krtsanisi dairəsinin, 3-cü seçki məntəqəsinə uşağı ilə birlikdə getdi.
Zurabişvilinin bəyan etdiyinə görə, o, birləmiş, ədalətli və demokratik Gürcüstana səs verdi.
“Ümid edirəm ki, ölkədə nifrətin dövrü sona yetdi”, – Zurabişvili bəyan etdi.
Gürcüstanda prezident seçkiləri keçirilir. Ölkə əhalisi sıra ilə beşinci prezidenti, altı il müddətinə seçir.