Salome Zurabişvili - Ukrayna və Moldovanı Avropa İttifaqına daxil olmaq yolunda əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edirəm
Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqı səfirlərinin Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqların çərçivə formatı ilə bağlı razılaşmasına cavab verib.
Zurabişvilinin sözlərinə görə, o, əmindir ki, tezliklə Gürcüstan da Ukrayna və Moldova sıralarına qoşulacaq.
“Ukrayna və Moldovanı Avropa İttifaqına daxil olmaq yolunda əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edirəm. Prezident Vladimir Zelenskini və prezident Maya Sandu bu mühüm nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Avropa gürcü xalqı tezliklə sizin sıralarınıza qoşulacaq”. – Zurabişvili yazır.