Salome Zurabişvili Ukrayna Sülh Sammitində iştirak etmək üçün İsveçrəyə gedib
Gürcüstan prezidenti Salome Zurabişvili Ukrayna Sülh Sammitində iştirak etmək üçün İsveçrəyə gedib. Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Onların məlumatına görə, 100 ölkədən nümayəndə heyətinin, o cümlədən dünyanın müxtəlif ölkələrindən 57 dövlət və hökumət başçısının qatılacağı sammitin açılışında Gürcüstan prezidenti iştirak edəcək.
“Sammitin məqsədi Ukraynada ədalətli və davamlı sülh prosesinə başlamaq və gələcək addımlar üçün təşəbbüslər formalaşdırmaqdır. Sammitin proqramına həm plenar iclaslar, həm də müvafiq mövzu üzrə müzakirələr daxildir”, – məlumatda qeyd olunur.