Salome Zurabişvili – Tələbələri təbrik edirəm, inanıram ki, yığılmış biliklərlə ölkəmizi irəliyə aparacaqsınız
Gürcüstan Prezidenti Salome Zurabişvili ali təhsil müəssisələrinə qəbul olan tələbələri təbrik edir.
Zurabişvili tələbələrə uğurlar arzulayır.
“Tələbələri təbrik edirəm. İnanıram ki, illər ərzində toplayacağınız bilik və təcrübə ilə ölkəmizi irəliyə aparacaqsınız. Tələbə yolunuz uğurlu olsun” Salome Zurabişvili Facebook səhifəsində yazıb.
2021 -ci ilin Vahid Milli İmtahanlarının yekun nəticələrinə görə, 29 min 362 abituriyent ali təhsil müəssisələrində təhsilini davam etdirmək hüququ qazandı, onlardan 6545 -i dövlət qrantı aldı.