Telavi mənə səs vermədi, bura uduzduğum yerlərdən biridir və bununla göstərmək istəyirəm ki, hamının prezidentiyəm, – bu barədə Salome Zurabişvili andiçmə mərasiminin Telavidə keçirilməsi qərarı ilə bağlı bəyan etdi və qeyd etdi ki, bo onun təşəbbüsüdür.
“Mənim üçün yalnız bir şəhər müzakirə olunurdu. Bir neçə ssenari var idi. Lakin mənim təklifim Telavidir, çünki bütün seçkiqabağı kampaniyam zamanı qeyd edirdim ki, bölgələri irəli çəkməliyik. Bölgələrsiz Gürcüstan inkişaf edə bilməz. Hesab edirəm ki, Telavi düzgün qərardır. İkinci səbəb isə odur ki, Telavi mənə səs vermədi, bura uduzduğum yerlərdən biridir və bununla göstərmək istəyirəm ki, hamının prezidentiyəm, istərsə də mənə səs verməyənlərin”, – Salome Zurabişvili bəyan etdi.
Prezidentin andiçmə mərasimi dekabrın 16-da, telavidə keçiriləcək.