Salome Zurabişvili - Təəssüflər olsun ki, Dağlıq Qarabağ nümayəndə heyyətləri Abxaziyaya və Cənubi Osetiayaya gəlib, məsələyi elə qaldırırlar, güya bunlar bənzər münaqişələrdir
Təəssüflər olsun ki, Dağlıq Qarabağ nümayəndə heyyətləri Abxaziyaya və Cənubi Osetiayaya gəlib, məsələyi elə qaldırırlar, güya bunlar bənzərr münaqişələrdir və aralarında paralellər və simetriyalar axtarırlar, – bu barədə bəyanatı Gürcüstan prezidenti salome Zurabişvili Erevanda, Ermənistan Respublikasının Milli Assambleyasının prezidenti Ararat Mirzoyanla görüş zamanı verdi.
Gürcüstan prezidenti həmçinin bəyan etdi ki, mövcud olan münaqişələr məsələlərində iki ölkənin parlamentlərinin əməkdaşlığı çox əhəmiyyətlidir.
“Bu münaqişələr ölkələrimizin və regionumuzun inkişafını əngəlləyən faktorlardır. Ancaq, ölkənin inteqrasiyasından bəhsedərkən, onu bilməliyik ki, bizim əsas marağımız ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün elan edilməsidir. Sadəcə sözlə deyil, faktiki olaraq.
Bu baxımdan çox təəssüf ki, Dağlıq Qarabağ nümayəndə heyyətləri Abxaziya və Cənubi Osetiyaya gəlirlər və məsələyi elə qaldırırlar güya bunlar eyni və bənzər münaqişələrdir və aralarında simetriya axtarırlar. Bu bizim üçün çoz ağır və incidicidir. Məncə, bu ölkəmizə göstərilməsi gərəkən hörmət və dostca yanaşma deyil” – dedi Salome Zurabişvili.