Salome Zurabişvili – strateji partnyorumuz, ABŞ-ın demokratik inkişaf, bölgədə sülh və sabitlik üçün dəstəyi əhəmiyyətlidir
Gürcüstan prezidenti, Salome Zurabişvili ABŞ-ın dövlət katibinin Gürcüstana planlaşdırılmış səfərinə əks səda verir.
“ABŞ-ın dövlət katibinin Gürcüstana səfərini alqışlayırıq. Strateji partnyorumuz, ABŞ-ın demokratik inkişaf, bölgədə sülh və sabitlik üçün dəstəyi əhəmiyyətlidir”, – Zurabişvili “tvitterdə” yazır.
Gürcüstan Xarici İşlər Nazirliyi Mayk Pompeonun səfəri barəsində məlumatı dünən yaydı. Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ-ın dövlət katibi Gürcüstana 17 noyabrda iki günlük səfərlə gələcək.
Dövlət Departamentinin məlumatına görə, Gürcüstana səfər çərçivəsində Mayk Pompeo Salome Zurabişvili, Giorgi Qaxariya, David Zalkaliani və İkinci İliya ilə görüşəcək.
https://twitter.com/Zourabichvili_S/status/1326506421370970112?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1326506421370970112%7Ctwgr%5Eshare_3&ref_url=https%3A%2F%2F1tv.ge%2Fnews%2Fsalome-zurabishvili-chveni-strategiuli-partnioris-ashsh-is-mkhardachera-demokratiuli-ganvitarebisa-regionshi-mshvidobisa-da-stabilurobistvis-mnishvnelovania%2F