Salome Zurabişvili - strateji partnyorumuz, ABŞ-ın demokratik inkişaf, bölgədə sülh və sabitlik üçün dəstəyi əhəmiyyətlidir
Gürcüstan prezidenti, Salome Zurabişvili ABŞ-ın dövlət katibinin Gürcüstana planlaşdırılmış səfərinə əks səda verir.
“ABŞ-ın dövlət katibinin Gürcüstana səfərini alqışlayırıq. Strateji partnyorumuz, ABŞ-ın demokratik inkişaf, bölgədə sülh və sabitlik üçün dəstəyi əhəmiyyətlidir”, – Zurabişvili “tvitterdə” yazır.
Gürcüstan Xarici İşlər Nazirliyi Mayk Pompeonun səfəri barəsində məlumatı dünən yaydı. Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ-ın dövlət katibi Gürcüstana 17 noyabrda iki günlük səfərlə gələcək.
Dövlət Departamentinin məlumatına görə, Gürcüstana səfər çərçivəsində Mayk Pompeo Salome Zurabişvili, Giorgi Qaxariya, David Zalkaliani və İkinci İliya ilə görüşəcək.