Salome Zurabişvili - Sabah avtobusları və hər cür formada gətirilmiş insanları görəcəyik
Salome Zurabişvili - Sabah avtobusları və hər cür formada gətirilmiş insanları görəcəyik

 
Dövlət qulluqçuları bu gün böyük təzyiq altındadırlar. Sabah biz onların avtobuslarını və hər cür formada gətirilmiş insanları görəcəyik – bu haqda Gürcüstanın Prezidenti Salome Zurabişvili “Gürcü Arzusu” tərəfindən sabah Tbilisidə planlaşdırılan seçkiöncəsi görüş haqda danışarkən deyib.

Onun qeyd etdiyi kimi, bu, yeni deyil, çünki o, əvvəlki rejimlərin də bu formalardan istifadə etdiyini bildirib.

“Dövlət qulluqçuları bu gün böyük təzyiq altındadırlar. Sabah biz onların avtobuslarını və hər cür formada gətirilmiş insanları görəcəyik. Biz buna hazırıq. Bunun necə təşkil olunduğunu artıq bilirik. Bu, yeni deyil, çünki əvvəlki rejimlər də bu formalardan istifadə ediblər, lakin dövlət qulluqçularını rahat buraxmağın vaxtıdır, öz işlərini görsünlər və qorunduqlarını hiss etsinlər. Nə vaxta qədər və harada olsam, bunu öz borcum hesab edirəm. Prezident kimi ilk növbədə ordu, polis və dövlət qulluqçuları birbaşa mənim himayəmdədirlər. Axı mən də keçmişdə dövlət qulluqçusu olmuşam, bunun nə demək olduğunu və ölkənin məhz stabil olması, dövləti yaradan inzibati yaddaşın qorunmuş olması üçün nə dərəcədə onlardan asılı olduğunu bilirəm” – Zurabişvili bildirib.