Salome Zurabişvili – Rusiyanın təcavüzünə cavab Aİ-yə inteqrasiyadır
Rusiyanın təcavüzünün cavabı Aİ-yə inteqrasiyadır, – deyə Gürcüstan prezidenti Salome Zurabişvili Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişellə görüşdüyü və “Münaqişədə qadınlar” adlı müzakirədə iştirak etdiyi zaman bildirdi.
“Rusiya qoşunları Gürcüstan paytaxtından 40 kilometr aralıda olanda, Krımda keçirilən referendumun oxşarı ilə bağlı elanlar verildikdə bu, çox açıq təhlükədir. Sonra bu referendum ləğv edildi. Lakin bu təhlükə sabah yenidən qayıda bilər. Təhlükə daim oradadır.
Onu da deyim ki, bu təhlükə təkcə Gürcüstana aid deyil, bütün Avropa ölkələrinə aiddir. Krım olanda edilməyənlər, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü zamanı edilməyənlər indi edilməlidir. Bu qismən ona görədir ki, Aİ və Avropa liderləri Rusiyanın əsl simasını və məqsədini dərk ediblər. Amma indi növbəti addım Rusiyaya cavab verməkdir və bu cavab Aİ-yə inteqrasiyadır”, – Zurabişvili bildirib.