Salome Zurabişvili - Rusiya hərgünlük təxribatla bizi tabe etməyə çalışır, o, bizim sinirləmizlə oynayır
Rusiya hərgünlük təxribatla bizi tabe etməyə çalışır, o, bizim sinirləmizlə oynayır, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Fransaya səfəri çərçivəsində, “MEDEF” beynəlxalq forumunda nitqlə çıxış edərkən bəyan etdi.
Salome Zurabişvili nitqlə çıxışı zamanı Gürcüstanın Avropa gələcəyi və Avropa yolunun əhəmiyyətinə xüsusi diqqət yetirdi.
Prezidentin açıqlamasına görə, Gürcüstanın Avropaya qayıtması istəyini heç bir şey dəyişə bilmədi. Bu kontekstdə o, Rusiyanın iqtisadi sanksiyalarını xatırlatdı.
“Rusiyanın iqtisadi sanksiyaları bizim seçdiyimiz yolun dəyişməsi məqsədini güdürdü. Lakin sanksiyalar özünü doğrultmadı. 2008-ci il müharibəsi bizim strateji orientsasiyamızın dəyişdirilməsi cəhdi idi. Görürük ki, bu cəhd uğursuzdur. Rusiya hərgünlük təxribatla bizi tabe etməyə çalışır, o, bizim sinirləmizlə oynayır. Lakin o, buna nail ola bilməyəcək”, – Salome Zurabişvili bəyan etdi.
Onun dediyinə görə, keçən il Gürcüstanın yeni konstitusiyasına yazıldı ki, ölkənin məqsədi Avropa İttifaqının üzvlüyüdür.
Forumda Salome Zurabişvilinin qeyd etdiyinə görə, Gürcüstanın potensialı var ki, qitələrarası sərmayələrin habı olsun.
Salome Zurabişvilinin forumda nitqlə çıxışı barəsində məlumatı prezidentin mətbuat xidməti yayır.