Salome Zurabişvili Polşada Müqəddəs Qriqol Peradzenin əzablı ölümünün 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək
Salome Zurabişvili Polşada Müqəddəs Qriqol Peradzenin əzablı ölümünün 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək

 

Gürcüstan Prezidenti Osventsim şəhərində Gürcüstan və Polşa poçtunun birgə markası-„Müqəddəs rahib Qriqol Peradze”nin təqdimatı və imzalanma mərasiminin keçiriləcəyi Müqəddəs Qriqol Peradzenin əzablı ölümünün 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Prezident administrasiyasının rəhbəri Natia Sulava Qriqol Peradzenin Polşa-Gürcüstan münasibətləri, kilsə və gürcü mədəniyyəti, eləcə də milli sərvətlərin qorunub saxlanması qarşısında töhfəsinin xüsusi olduğunu bildirib.

“Təkcə Qriqol Peradzenin deyil, bəşəriyyət tarixində ən böyük faciənin qurbanı olmuş milyonlarla insanın fədakarlığını xatırlamaq və bu yaddaş çox vacibdir. Qriqol Peradze öz davranışı və əzablı fədakarlığı ilə bu qaranlığı işıqlandıranlardan biri olub”- deyə Natia Sulava açıqlayıb.

Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.