Salome Zurabişvili Orbelianilər Sarayında qaçqın uşaqları Yeni İl şənliyinə qəbul etdi
Gürcüstan prezidenti, Salome Zurabişvili Orbelianilər Sarayında qaçqın uşaqları Yeni İl şənliyinə qəbul etdi. Bu barədə məlumatı prezident administrasiyası yayır
“Gürcüstan Prezidenti Serovani və Silkanidən olan uşaqları Milad bayramı və Yeni il münasibətilə təbrik edib, onlara cansağlığı və xoşbəxtlik arzuladl. Uşaqlar Prezidentlə birlikdə Prezident Sarayının əsas “çiçilakisini” işlqlandırdılar, Prezident Sarayının bayram münasibətilə çiçiləklərlə bəzədilmiş həyətini gəzib, xatirə şəkillərini çəkdirdilər, – məlumatda deyilir.
Elə bu gün Orbelianilər Sarayı qarşısında Dimitri Sinsadze adına Fond Yeni İl xeyriyyə aksiyasının keçirdi.