Salome Zurabişvili - ölkənin birləşdirilməsi, ictimaiyyətin sakitləşdirilməsi, Avropa yerimizin tədbiq edilməsi, ən əsas məqsəddir
“Rusiyanın 11-ci ordusunun və Sovet işğalı nəticəsində emmiqrasiyaya gedənin nəvəsi, bu gün, konstitusiya ilə verilmiş səlahiyyətlə, müstəqilliyinin müdafiəçisi və ali baş komandan kimi geri qayıdıram. Bu gün, tarix ərzində bir neçə dəfə olduğu kimi, Gürcüstan yenə da yol kəsişməsindədir, – yenə də böyük çağırışlar qarşısında dururuq. Burada, Telavidə, keçdiyimiz yol yaxşı görünür – mübarizələr, çağırışlar və ya uğurlarla. Bu yer, gürcü xalqı üçün bir növ yaddaş kartıdır: Çar Erekle ölkənin inkişafı üçün mübarizə aparırdı. O, müasir gürcü ordusunu yaratdı və bir neçə mübarizədə qələbə qazandı. O, Avropa qaydalı dövləti yaradırdı.
Burada, Telavidə Çar Ereklenin müasir ölkənin yaradılması, yenin standartların tədbiq olunması, ölkənin Avropa yoluna yönəldilməsi planları pozuldu. Burada ölkəmizin inkişafı dayandı – Gürcüstanın müstəqil, vahid, güclü dövlət kimi formalaşması yolunu bağladılar. Buna səbəb düşmənin planları idi.
Halbuki, müstəqilliyin bərpası ilə, Avropa dövlətinin qurulmasına qayıtdıq, bu gün qarşımızda yenə də həlledici mərhələdir. Telavidən keçdiyimiz yol yaxşı görünür. Ölkənin birləşdirilməsi, ictimaiyyətin sakitləşdirilməsi, Avropa yerimizin tədbiq edilməsi – ən əsas məqsəddir”, – Salome Zurabişvili bəyan etdi.