Salome Zurabişvili növbədənkənar seçkilər, baş nazirliyə namizəd mövzularında qərbyönlü partiyalarla dialoq aparacağını bildirir
Gürcüstanın Prezidenti Salome Zurabişvili növbədənkənar seçkilər, baş nazirliyə namizəd mövzularında qərbyönlü partiyalarla dialoq aparacağını bildirir.
Gürcüstanın Birinci Kanalının jurnalisti Salome Zurabişviliyə sual verib: “Xartiya ilə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsini nə təmin edir, ola bilərmi ki, hansısa bir oyunçu fikrindən daşınsın və ilin sonunda hakimiyyətdən əl çəkməkdən imtina etsin ?”
“Xartiyada əvvəllər də verilmiş, lakin yerinə yetirmədiyimiz tövsiyələrin həyata keçirilməsinə yönəlmiş hər şey əsasdır və ölkəni Avropa yoluna qaytaraq. Bu xartiyanın məzmunudur. Bugünkü seçkilərdə insanlar tam olaraq hansısa bir partiyaya deyil, daha çox Avropaya səs verirlər. Bu referendumun formatıdır. Buna görə də hesab olunur ki, yəqin ki, bir ildən sonra, artıq azad şəraitdə, tam azad şəraitdə yeni seçkilərin keçirilməsi məqsədəuyğundur, lakin bu halda da baş nazirliyə namizəd və digər hər şey barədə mən qərbyönlü partiyalarla dialoq aparacağam. Harada konsensus olacaqsa, mən orada olacağam” – Salome Zurabişvili bildirib.